Gənclər birliyinin əsası qoyuldu

gencler-birliyinin-esasi-qoyuldu
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Avropanın 25 ölkəsinin nümayəndələri iştirak edib. Layihə zamanı iştirakçılar qaçqın, sığınacaq axtaran və məcburi köçkün olan gənclərin bilik və bacarıqlarının artırılması mövzusunda təlimləndirilib, onlar arasında bu istiqamətdə fikir mübadiləsi aparılıb və iştirakçılar təkliflərini irəli sürüblər. Bundan əlavə bu sahədə çalışan gənc QHT liderləri ilə, belə gənclərin bilik və bacarıqlarının artırılması yolları haqqında müzakirələr aparılıb. Iştirakcılara Azərbaycanda Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyon qaçqın və məcburi köçkünün evlərindən didərgin salınması barəsində məlumat verilmişdir.

ARGTMŞ-nın nümayəndələri Budaşetdə olarkən həmçinin Azərbaycanın Macarıstandakı səfirliyində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin iştirakı ilə həyata keçirilən azərbaycanlı və macar gənclərin görüşündə iştirak edib. Görüşdə Azərbaycan Macarıstan Gənclər birliyinin əsası qoyulub.

Günel