“Gənclik”də yarmarka açıldı - - Fotolar

genclikde-yarmarka-acildi-
Oxunma sayı: 4060


Rayon İH-dən “Qafqazinfo”ya verilən xəbərə görə, Novruz bayramında əhalinin bazar qiymətlərindən daha ucuz ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması məqsədilə martın 15-dən 20-dək Bakı şəhərinin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsinə başlanıb. Bununla əlaqədar olaraq Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yaxınlığında kənd təsərrüfatı məhsullarının satış yarmarkasına start verilib. Yarmarkada respublikamızın 10 rayonundan gətirilmiş 100-ə yaxın çeşiddə kənd təsərrüfatı məhsulları təzə və keyfiyyətli olmaqla, eyni zamanda, bazarlardakından ucuz qiymətə əhaliyə  təqdim olunur.

Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları üçün ayrılan yer müasir standartlara uyğun və qapalı formada təşkil edilib, istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi təmin olunub.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri tərəfindən yarmarkanın fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülüb.