General yaralı əsgərlə görüşdü

general-yarali-esgerle-gorusdu
Oxunma sayı: 2718

2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada baş çavuş Kurupov Ramazan Məmməd oğlu çoxsaylı güllə yaraları alıb və təcili əməliyyat olu¬na¬raq həyatı xilas edilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşüb və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib.

Görüş zamanı Elçin Quliyev öz həyatını təhlükə al¬tına qoyaraq dövlət sərhədinin pozulmasına imkan ver-mədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib.