Gimnastlarımız gümüş medal qazandı

gimnastlarimiz-gumus-medal-qazandi
Oxunma sayı: 647

Azərbaycanın idman akrobatları Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında üçüncü medallarını qazanıblar.

“Qafqazinfo” xəbər verir ki, idmançılarımız bu gün qarışıq cütlərin kombinə olunmuş hərəkətlərində qüvvələrini sınayıb.

Onların çıxışı 29,540 xalla qiymətləndirilib. Akrobatlarımız yalnız rusiyalılar Viktoriya Aksyonova və Kirill Startsevdən (29,580) geri qalaraq gümüş mükafata yiyələniblər.