Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları Rusiyada

gomruk-komitesinin-tibbi-xidmet-idaresinin-emekdaslari-rusiyada
Oxunma sayı: 1903

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Rusiyanın Federal Gömrük Xidmətinin Tibbi Xidmət İdarəsinin dəvəti ilə Moskva şəhərində işgüzar səfərdə olub. 

 Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyətləri arasında görüş keçirilib. Rusiya Federal Gömrük Xidmətinin Baş İdarəsində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq platformasının və təcrübə mübadiləsinin təşkilinə dair məsələlər müzakirə edilib.

DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov gömrük xidməti nəzdində tibbi xidmətin təşkili ilə bağlı əldə edilən təcrübələrdən söz açılıb,  gömrük əməkdaşlarına hospital şəraitində göstərilən tibbi xidmətin keyfiyyəti, regionlarda xidmət edən  gömrük işçilərinə tibbi xidmətin vaxtında və lazımi səviyyədə göstərilməsinə dair məsələlər müzakirə olunub.

Rusiya Gömrük Xİdmətinin Tibbi Xidmət İdarəsinin rəisi Andrey Sokolov iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərindən danışıb, gömrük xidmətlərinin də bu istiqamətdə mühüm addımlar atdığını, tibbi xidmətlər arasında qurulacaq səmərəli əməkdaşlığın və təcrübə mübadiləsinin də bu sahəyə öz töhfəsini verəcəyini bildirib.

Bundan başqa iki ölkənin gömrük xidmətlərinin  tibbi xidmətləri və hospitalları arasında gələcəkdə işguzar əlaqələrin yaradılması, səmərəli əməkdaşlıq münasibətlərinin qurulması imkanları müzakirə olunub.