Gömrükdən qaçaqmal telefon keçirmək istədilər

Gömrükdən qaçaqmal telefon keçirmək istədilər
Oxunma sayı: 742

Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn ölkə vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin qapılarının içərisində 20 ədəd "Nokia D472", 23 ədəd "Nokia 105" və 28 ədəd "X-inova" markalı mobil telefonlar, həmçinin 71 ədəd yükləyici və 71 ədəd qutu aşkara çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi