Goranboyda avtomobillər toqquşdu - Ölən var

goranboyda-avtomobiller-toqqusdu
Oxunma sayı: 1328

Goranboyda iki avtomobil toqquşub.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə,  hadisə rayonun Faxralı kəndinə gedən yolda baş verib.

Hərəkətdə olan “VAZ 2107” və “VAZ 21011” markalı iki avtomobil toqquşub.

Qəza zamanı avtomobillərə ziyan dəyib. “VAZ 21011”-də olan sərnişin Alpud kənd sakini 1959-cu il təvəllüdlü Hacıyev Elçin qəzada xəsarət almadığını bildirərək evə gedib. Təxminən bir saat sonra o evdə ölüb. E. Hacıyevin ürək damar xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.