Goranboyda toya gedən musiqiçilər qəzaya düşüb

goranboyda-toya-geden-musiqiciler-qezaya-dusub
Oxunma sayı: 3133

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağcakənd kəndində baş verib.

Kəlbəcər rayon sakini, 1976-ci il təvəllüdlü Ceyhun Telman oğlu Verdiyevin idarə etdiyi dövlət qeydiyyat nişanı 99-GB-781 olan “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü və onun sərnişini, Goranboyun Qaraçınar kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 1979-cu il təvəllüdlü Hümbət Çingiz oğlu Salahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Onlar el şənliyində iştirak edən musiqiçilər olub və toya gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.