Görəsən, bu yol neçə gün işləyəcək - Video

goresen-bu-yol-nece-gun-isleyecek-video
Oxunma sayı: 646

Trend-in məlumatına görə, bu barədə bazar günü "Azəryolservis" ASC-nin azeryol.az saytından bildirilib.

Uzunluğu 6,3 km olan yol 3 gediş - 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir. Yol boyu zəruri olan ərazilərdə kommunikasiya xətləri dəyişdirilib, kommunikasiya quyularının beton örtükləri, baxış qapaqları yenisi ilə əvəzlənib, 3 laydan ibarət asfalt-beton örtük vurulub, xətlənmə işləri ilə yanaşı müxtəlif yol nişanı, o cümlədən istiqamət və məlumatverici lövhələr quraşdırılıb. Eyni zamanda, Zabrat dairəsindən Maştağa yolötürücüsünə qədər olan hissə də təmir olunub.

Qeyd edək ki, yolun əsaslı şəkildə yenidən qurulması Bakı şəhərinin Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı, Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına və şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gedişinə şərait yaradıb.