Göyçayda maşın anidən alovlandı - Video

goycayda-masin-aniden-alovlandi
Oxunma sayı: 2028

Minik avtomobili yanaraq yararsız hala düşüb

"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri Natavan küçəsindən keçən hissəsində qeydə alınıb. Göyçay rayon Şəkərkənd sakini Şirinov Samir Qurban oğluna məxsus minik avtomobili yolun kənarında, dayandığı yerdə anidən alovlanıb. Dərhal hadisə yerinə FHN-nin Göyçay Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu