Göygöldə 80 yaşlı kişini “tok” vurub öldürdü

goygolde-80-yasli-kisini-tok-vurub-oldurdu
Oxunma sayı: 1414

Göygöl rayonunda ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün axşam saatlarında rayonun Molla Cəlilli kənd sakini, 80 yaşlı Xanlar Bayramov Bəylər oğlunu istixanada elektrik cərəyanı vurub və o, oradaca vəfat edib.

X. Bayramov kənddə istixana quran şirkətin əməkdaşı olub.

Göygöl rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.

Murad Əhməd