Gözdən əlillər üçün bina tikilir

gozden-eliller-ucun-bina-tikilir
Oxunma sayı: 656

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, bu istiqamətdə yeni sosial layihələrdən biri olaraq, gözdən əlillərin sosial reabilitasiya işinin daha dolğun və səmərəli şəkildə təmin edilməsi üçün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir. Mərkəz 4 mərtəbədən ibarət olmaqla, digər yardımçı korpuslara (idman zalı, hovuz, konfrans zalı və s.) malik olacaq və burada həm peşə tədrisinin, həm də tibbi xidmətin təşkili üçün müvafiq şərait yaradılacaq. Hazırda Bakının Nərimanov rayonunda bu təbəqədən olan vətəndaşlar üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilməkdədir. Qeyd olunan mərkəzin və yaşayış binasının tikintisi cari ildə yekunlaşacaq.