“Gözəl bir xanım hər sahədə fəaliyyət göstərə bilər”

gozel-bir-xanim-her-sahede-fealiyyet-gostere-biler
Oxunma sayı: 2306

“Miss England” finalçılarından olan Ella Rees peşəsi ilə hamını təəccübləndirib.

“Qafqazinfo” xəbər verir ki, 19 yaşlı gözəl bir neçə ildir ki, iri tonnajlı yük avtomobil mütəxəssisi kimi fəaliyyət göstərir. Yerli KİV-ə müsahibəsində uşaq yaşından maşınlara marağı olduğunu deyən Ella qadınların maşınqayırma sahəsindəki fəaliyyətinə olan münasibəti dəyişməyi məqsəd qoyduğunu bildirib.

Atasının maşın fabrikasında işləyən Ella peşəsindən zövq aldığını xüsusi vurğulayıb:

“İnsanlar mənim hansı sahədə fəaliyyət göstərdiyimi eşidəndə pərt olurlar. Ancaq anlamırlar ki, qadınlar üçün peşə fərqi qoymaq sadəcə geridəqalmışlıqdır. Gözəl bir xanım hər sahədə fəaliyyət göstərə bilər".