Gözəllik salonundan fen oğurlayan tutuldu

gozellik-salonundan-fen-ogurlayan-tutuldu
Oxunma sayı: 1139



Dekabrın 22-də Binəqədi qəsəbəsində yerləşən kafedə Biləcəri qəsəbə sakinləri İlman Allahverdiyev mübahisə zəminində Zamir Cabbarova bıçaq xəsarəti yetirdiyinə görə Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Dekabrın 21-də A.Manafov küçəsində naməlum şəxs Bakı şəhər sakini Məxmər Cabbarovanın içərisində 100 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi olnan əl çantasını əlindən alıb qaçmışdır. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri Nüsrət Məmmədov və Xaliq Həsənov tutulub.

Dekabrın 22-nə keçən gecə Bakı şəhər sakini Asif Abbasova məxsus Binəqədi şossesində yerləşən mağazadan pəncərənin şüşəsini sındırmaq yolu ilə oğurluğa cəhd olunub. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini Rafat Nuriyev şübhəli şəxs qismində tutulub.

Dekabrın 21-də Balaxanı qəsəbəsi II Mədən yeni tikilidə yaşayan Rəhman Şıxəliyevin evindən pəncərəni açmaq yolu ilə 500 manat və qızıl-zinət əşyaları oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakini əvvəllər məhkum olunmuş Bəylər Həsənov tutulub.

Dekabrın 21-də Ş.Məmmədova küçəsində dörd nəfər naməlum şəxs Ağdam rayon sakini İsgəndər Qurbanlını bıçaqla hədələyərək pul tələb etmiş və o müqavimət göstərdikdə hadisə yerindən qaçmışlar. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Vüqar Ələkbərli, Emin Hüseynov, Səməd Rəşidov və Boris Juravlyov tutulub.
Dekabrın 21-də Şərifli küçəsində naməlum şəxs Zeynəb Cəlilovanın əlindən içərisində pul olan əl çantasını alıb qaçmışdır. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Məhəbbət Həsənov tutulub.
Dekabrın 21-i saat 20 radələrində Xəzər rayonu Bakı Mərdəkan yolunda Bakı şəhər sakinləri İmaməddin Rəhimov idarə etdiyi «VAZ-2107» markalı avtomobillə Şakir Məmmədovu vurmuş, o aldığı xəsarətdən hadisə yerində ölüb.

Dekabrın 21-də saat 19:35 radələrində Qaradağ rayonu Yeni Dairəvi yolda Bakı şəhər sakinləri Vüsal Səfiyev idarə etdiyi «Hyundai» markalı avtomobili aşırmış, nəticədə V.Səfiyev, sərnişinləri Şəfa Məmmədova və Vüsalə Rəhimov xəsarətlə KTM-ya daxil olmuş və V.Səfiyev aldığı xəsarətdən xəstəxanada ölüb.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində AR Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Lalə Quliyeva tutulub.

Sabunçu RPİ CAŞ və 12-ci PB PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində AR Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Turab Hacıyev tutulub.

Dekabrın 12-nə keçən gecə Bilgəh qəsəbəsində Etibar Əhmədova məxsus «Kamaz» markalı avtomobildən 2 ədəd akkumulyator və dekabrın 17-nə keçən gecə isə Tahir Tağıyevə məxsus «Kamaz» markalı avtomobilin 2 ədəd akkumulyator oğurlanıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Riyad Əliyev tutulub.

Dekabrın 18-nə keçən gecə Bakı şəhər sakini Pərvanə Musayevaya məxsus II Zabrat qəsəbəsi H.Aslanov küçəsində yerləşən gözəllik salonundan, qapını sındırmaq yolu ilə fen və 250 manat oğurlanmışdır. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Fikrət İsmayılov tutulub.