Gül Ərdoğanın yasağını pozub tvit atdı- - Şok

gul-erdoganin-yasagini-pozub-tvit-atdi-
Oxunma sayı: 3463


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “Tvitter-mvitterin kökünü qazıyacağıq” ultimatumundan sonra bu ölkədə “Twitter” sosial şəbəkəsinə giriş yasaqlanmışdı. Ancaq Türkiyə prezidenti Abdulla Gülün bu yasağı pozaraq “Twitter”də paylaşmalar etməsi əsl sensasiya yaradıb.

“Qafqazinfo” xəbər verir ki, Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Gülün “Twitter” yasağına münasibətini məhz bu sosial şəbəkənin özündə bildirməsi sosial mediada böyük diqqətə səbəb olub. Prerzident Gülün bu cür paylaşımlar etməsi üçün texniki olaraq DNS ayarlarının dəyişdirilməsi, yaxud proqram qurulması gərək olduğu üçün sosial mediada bu ayarların kim tərəfindən dəyişdirilməsi ciddi marağa səbəb olub.