Güləşçilərin Dünya Birinciliyi başladı

gulescilerin-dunya-birinciliyi-basladi-
Oxunma sayı: 773

“Qafqazinfo”nun məlumatına görə, ilk yarış günü 4 yunan-roma güləşçimiz döşək üzərinə çıxacaq. 50 kq çəkidəki təmsilçimiz Vilayət Qəhrəmanlı yarışa 1/8 finalda erməni güləşçi Rudik Mkırtıçyanla qarşılaşma ilə başlayacaq. 60 kq-da Orxan Paşayev 1/16 finalda Mate Koşnay (HUN) – İdalqo Mendes (MEX) görüşünün qalibi ilə üz-üzə gələcək. 74 kq-da Toğrul Yunuslu ilk qarşılaşmasını 1/16 finalda moldovalı İqor Besliqaya qarşı keçirəcək. 96 kq-dakı güləşçimiz Hacımurad Çöpsiyev isə Dünya Birinciliyinə 1/8 finalda alman Peter Ohlerlə görüşü ilə start verəcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Xatırladaq ki, yunan-roma güləşçilərimiz Buxarestdə böyük məşqçilər İlqar Abdulov və Ağalar Aslanovun rəhbərliyi altında çıxış edəcəklər.