Gülləkeçirməz jilet hazırladı, bir atəşlə həyatından oldu

gullekecirmez-jilet-hazirladi-bir-atesle-heyatindan-oldu
Oxunma sayı: 2828

Nigeriyada loğman olduğunu iddia edən 26 yaşlı Çinaka Adoezuve hazırladığı və "gülləkeçirməz" adlandırdığı jiletin qurbanına çevrilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, jileti əynində sınamaq qərarına gələn Çinaka müştərisinə ona atəş açmasını söyləyib.

Ancaq güllə Adoezuvenin həyatına son qoyub. Nigeriya polisi faktı təsdiq edərək Çukvudi adlı müştərinin artıq yaxalandığını bildirib.