“Güllələnmiş” libasda tədbirə gəldi - Fotolar

gullelenmis-libasda-tedbire-geldi
Oxunma sayı: 2535

Dünya şöhrətli model Naomi Kempbell Londonda özünün “Fashion For Relief” xeyriyyə fondunun tədbirinə qatılıb.

“Qafqazinfo” xəbər verir ki, model gecəyə geyindiyi libası ilə diqqət çəkib. Naominin ağ libasının üzərində güllə yarası və axan qan şəkli olub. Bu isə küçə cinayətlərinə diqqət çəkmək üçün modelin sosial aksiyasıdır.

Qeyd edək ki, London küçələrində ilin əvvəlindən 109 nəfər öldürülüb. Naominin ailəsi də vaxtilə küçədə bıçaqlı hücuma məruz qalıb. Bundan başqa onun karyerasına başlamasına təkan verən müəllimi Canni Versaçe də Mayamidə evinin yaxınlığında atəşə tutulmuşdu. Bu səbəbdən model hər zaman küçə cinayətlərinə qarşı mübarizəsi ilə tanınır.