Günay Bank ödəniş kartı istifadəçilərinin nəzərinə

gunay-bank-odenis-karti-istifadecilerinin-nezerine
Oxunma sayı: 800

Bildiyiniz kimi artıq iki aydır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı bütün yerli banklarla birlikdə  “Kartla ödə! Kartla qazan!” lotereyasını həyata keçirir. Lotereyanın şərtlərinə görə istənilən ödəniş kartı ilə 5 manatlıq  bazarlıq edən şəxs avtomatik olaraq iştirakçıya çevrilir.https://www.cbar.az/page-133/stimullasdirici-lotereya

Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ödəniş kartları istifadəçilərindən qalib olan şəxslərə uduşdan əlavə -  dünyanın istənilən nöqtəsində, o cümlədən, real və virtual mağazalarda, qəbul olunan universal ödəniş aləti “MasretCard Standard” kartını hədiyyə edəcəkdir.

“MasterCard Standard” barədə ətraflı məlumat almaq üçün 1546 saylı telefona zəng edə, ya da bu linkə daxil ola bilərsiniz: http://gunaybank.com/individual/individual-bank-cards/odenis-kartlari