Günaydan xəbər var

gunaydan-xeber-var
Oxunma sayı: 1383


“Qafqazinfo”ya açıqlamasında Günay İbrahimlinin prodüseri Sevinc müğənninin sentyabrın 1–də verəcəyi konsert proqramından danışıb:

“Günay konsertə ciddi hazırlaşır. Konsertdə fərqli geyimlər olacaq, xarici mahnılar, rəqqaslar, gözlənilməz çıxışlar olacaq. İndidən açıqlamaq istəmirik, çünki onda marağı qalmayacaq. Konsert mətbuata açıq keçiriləcək və konsertdən sonra Günay jurnalistlərə müsahibə verəcək. Gəlin, izləyin və qiymət verin”.

Prodüser daha sonra İbrahimlinin yeni mövsümdə yeni mahnılarla dinləyicilərini sevindirəcəyini bildirib:

“Yeni mövsümdə yeni mahnılar olacaq. Oktyabr ayında musiqisi Pərviz Mahmudova, sözləri Leyliyə məxsus olan mahnı işıq üzü görəcək. “Söz olar” mahnısı və klipi yeni tamaşaçılara təqdim olunub. Ona görə yeni klip haqqında düşünmürük. Gərək bir klip ən azı 5-6 ay efirə getməlidir ki, tamaşaçı auditoriyası toplasın, sevilsin. Söz və musiqisi Tural Bakuviyə aid olan “Söz olar” mahnısı istədiyimiz nəticəni verdi. Çünki tam fərqli iş idi. Heç kim indiyə kimi bostanlıqda, kənd şəraitində klip çəkdirməyib. Mahnı da, klip də tamaşaçılar tərəfindən sevildi. Klipə bir gündə baxış sayı 3000-4000 oldu. Ürəyimizcə, bəyəndiyimiz mahnı olsa, yenidən Tural Bakuvi ilə işləyəcəyik.

Prodüser Samir Əliyevin (Samiraldo) “Günay İbrahimli ən zövqsüz müğənnidir” sözlərinə də aydınlıq gətirib:

“Bu yaxınlarda onun təqdimat mərasimi oldu. İşlərlə əlaqədar gedə bilmədik. Daha doğrusu, işimiz gec bitdi, tıxacda qaldıq, tədbirə çatmadıq. Buna görə, Günaydan inciyib və o sözlər deyib. Günayın zövqü də, geyimi də tamaşaçıya bəllidir, hər kəs onu sevir və dəstəkləyir”.

Könül