Günayı festivaldan Röya uzaqlaşdırıb? - Yeni qalmaqalın təməli qoyuldu

gunayi-festivaldan-roya-uzaqlasdirib
Oxunma sayı: 6080

Müğənni Günay İbrahimli Qazaxıstanda keçirilən “Star of Asia” musiqi festivalında iştirak etməməsinin səbəbini açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, gənc ifaçı “ATV maqazin onlarla” verilişinə açıqlamasında hadisənin pərdəarxası məqamlarına aydınlıq gətirib. 

İfaçı bildirib ki, musiqi gecəsinə onunla yanaşı Röya Ayxan da dəvət olunub.  Ancaq nədənsə, “Star of Asia”da təkcə R. Ayxan çıxış edib. 

G. İbrahimli ad çəkməsə də, əl hərəkətləri ilə onu müsabiqədən kənarlaşdıranın Röya olduğunu işarə edib:

“Mən o konsertdə var idim. Bilmirəm necə oldu, ancaq alınmadı. Tolik mənə zəng etmişdi ki, iki ifaçını festival istəyiblər. Onlardan biri mən idim. Müsabiqəyə az qalmış zəng etdilər ki, Günay İbrahimli orada yoxdur. Hər zaman yaxşılıq etməyi sevirəm, o prinsiplə yaşayıram. Kimsə belə şeylər edərək kefimi poza bilməz. Artıq məndən çəkinirlər. Əvvəlki şıltaq Günay deyiləm, bir az böyümüşəm. Hamını yola verirəm”.  

Bu məqamda qeyd edək ki, əməkdar artist Röya Ayxanla Günay İbrahimli arasında xüsusi bir qalmaqal olmasa da, məşhurlar arasında soyuq külək əsir. 

Tədbirlərdə bir-birini görməzlikdən gələn, üz-üzə gələn zaman isə məcburiyyətdən salamlaşan hər iki məşhurun soyuq münasibətləri yəqin ki, festivalda iştirak etmələrinə təsir edib. 

***

Prodüser Tarix Əliyev Günay İbrahimli və Röya Ayxan qalmaqalına münasibət bildirib. 

Axşam.az-a açıqlama verən Tolik məsələyə aydınlıq gətirib:

“Festivala havayı yox, qonorarla gedirdilər. Röyanın da, Günayın da istədiyi məbləği öyrəndim. İkisinin də çıxışının razılığını aldım. Son bir həftə qalmış orada planlar dəyişdi. Dedilər ki, iki müğənnidən biri seçildi, o da Röya. Mən də yığıb Günaya dedim. Günayı necə festivaldan "burmaq" olar? İnstaqramda nömrəsi var, zəng edib özünə deyərlər. Günay heç vaxt Röyanın adını onun işini buran kimi çəkməz. Bu tədbirin təşkilatçısı mən idim".