Günel cehizi ilə klip çəkdirdi - Fotolar

gunel-cehizi-ile-klip-cekdirdi
Oxunma sayı: 3305

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova klip çəkdirib. “Qafqazinfo” xəbər verir ki, sənətçi çəkilişdə evindəki pianinodan da istifadə edib.  

“Azərbaycanda bütün gənc qızlar cehiz olaraq evində pianino saxlayır. Bu pianino da mənim cehizimdir” – deyə Günel Türkiyə KİV-nə açıqlamasında  bildirib. 

Bundan əlavə, müğənni barmağından zədə alığını da qeyd edib: “Barmağım qapı arasında qaldı. Az qala qopacaqdı. Barmağı xilas etdik, amma dırnaq getdi. Klip üçün də məcbur belə bir sarğıyla gizlətməyə çalışdıq”.