Təklifi ölkə prezidenti Saarkaşvili fevralın 28-də parlament çıxışında irəli sürüb.
“Gürcüstana gələn Rusiya vətəndaşı istənilən başqa dövlətin vətəndaşı kimi qorunacaq və rahat şəkildə hərəkət edəcək. Çünki onlar korrupsiyanın, bürokratiyanın olmadığı, insan ləyaqətinin alçaldılmadığı bir ölkəyə gəlirlər”, - deyə Saakaşvili bildirib.
Daha əvvəl Şimali Qafqaz respublikaları üçün viza rejimi sadələşdirilmişdi.
Saarkaşvili ölkə əhalisini artırmağa da söz verib. Gələn il yanvarın 1-dən hər doğulan uşağa illik 600 dollar yardım ediləcək. Dördüncü uşağı olan ailələrdə bu məbləğ 1200 dollar olacaq. Dövlət həm də çox uşaqlı ailələrin uşaqlarını 18 yaşınacan sığortalayacaq.
azadlıq.info