Hacı Şahin gənclərlə görüşdü - Foto

haci-sahin-genclerle-gorusdu-foto
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, ölkənin müxtəlif bölgələrindən 70-ə yaxın gəncin qatıldğı seminarda tarixçi və tanınmış ilahiyyatçı, "Mənəvi dünya" İctimai Birliyinin sədri Hacı Şahin Həsənli dövlətçilyin qorunması, milli-mənəvi dəyərlərin əhəmiyyəti və bu sahədə gənclərin rolu barədə fikirlərini bölüşüb, eləcə də gəncləri maraqlandıran bir sıra suallara cavab verib.

AMİN-in rəhbəri, politoloq İlkin Bağırov bildirib ki, gənclərin milli ruhda tərbiyə edilməsi məqsədilə xalqın rəğbətini qazanmış ictimai, siyasi, mədəniyyət, din xadimləri, eləcə də Azərbaycan cəmiyyətində tanınmış digər şəxsiyyətlər ilə bundan sonra mütəmadi olaraq görüşlər keçiriləcək.

Seminar “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının və "Maarif TV"-nin təşkilati və informasiya dəstəyi ilə baş tutub.