Hadisənin çimərliyini uçurtdular - Fotolar

hadisenin-cimerliyini-ucurtdular
Oxunma sayı: 4828

Bodrum bələdiyyəsi Hadisənin iki ildir ki, işlətdiyi “La plaj” adlı məkanını uçurdub.  “Qafqazinfo” xəbər verir ki, “Günaydın” qəzeti obyektin çimərlik hissəsinin qeyri-rəsmi şəkildə fəaliyyət göstərdiyini qeyd edib. 

Bildirilir ki, bu səbəbdən çimərliyin sökülməsi barədə göstəriş verilib. Bundan əlavə, obyekt sahibi ilə Hadisə arasında bağlanan müqavilə ləğv edilib. 

Qeyd edək ki, çimərliyin admistratoru, sənətçinin bacısı Hülya Açıkgözün mülk sahibinə 900 minlik icra borcu var və bu barədə məhkəmə prosesi davam edir.