“Hakim bizi öldürdü” - Donald Gerye

hakim-bizi-oldurdu
Oxunma sayı: 2985

“Bu durum bizi məyus edir. Həmçinin hakim də bizi öldürdü. Artıq baş verdi və keçdi. Çalışacağıq bunu unudaq və növbəti oyunlara baxaq".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Donald Gerye deyib:

"Amma bu gün baş verənləri qəbul edə bilmirik. Harada penalti var idi? Mən orada penalti görmədim. Hakim haqsızlıq etdi. Əminəm ki, əgər belə epizod “Qarabağ”ın leyhinə olsaydı, hakim penalti təyin etməyəcəkdi. Penalti oldu, çünki qarşıda “Çelsi” var. Bu futboldu, hər şey ola bilər. Artıq bu hadisələr baş verdi, məşqlərə başlayıb növbəti matç haqda düşünməliyik.

Gerye oyundan sonra rəqib futbolçularla forma mübadiləsi haqda da danışıb:

“Çelsi” futbolçuları ilə danışmadım, ümumiyyətlə heç kimlə danışmadım. Qalib gələndə əhvalım yaxşı olur, ancaq məğlub olduqda heç kimlə danışmaq istəmirəm. Heç bir futbolçu ilə forma dəyişmədim, mənim mentalitetimdə uduzduqda forma dəyişmək yoxdur. Fərq etməz bu “Çelsi” olsun, ya da başqa komanda".

Donald Gerye öz performansı haqda sualları cavablandırarkən bunları deyib: "Düşünürəm ki, yaxşı oynamadım. Ancaq məşqçinin təyin etdiyi yerlərdə oynaya bilərəm. Sağ, ya da sol cinah mənim üçün fərq etməz. Lakin mən hücumda oynayıram, müdafiə mənim mövqeyim deyil. Yenə də nə lazım idisə etdim. Məşqçinin mənə dediklərini yerinə yeriməyə çalışdım və komandaya kömək olmaq istədim. Bəzən hücumameyilli futbolçular müdafiədə də oynaya bilir. Mən sonuncu dəfə müdafiədə 19-20 yaşlarımda oynamışam, bu səbəbdən bir qədər çətinlik çəkirəm. Bura gəldikdən sonra müdafiədə bir neçə oyuna çıxmışam".

Son olaraq Gerye növbəti matç haqda danışıb: "Növbəti oyun bizim üçün çətin olacaq. Səfərdə oynayırıq. Vacib futbolçularımız yoxdu. Çətinlik çəkəcəyik, ancaq əlimizdən gələni edəcəyik.