Hakimi döydülər

hakimi-doyduler
Oxunma sayı: 654

“Qafqazinfo” xəbər verir ki, buna səbəb “Şanlıurfa” azarkeşlərinin hakimin üzərinə hücum etməsi olub. Belə ki, oyun “1416 Trabzon”un 2:1 üstünlüyü ilə davam edərkən 34-cü dəqiqədə azarkeşlərdən biri meydana enərək hakimin üzərinə yeriyib. Azarkeş bunu hakimin “Şanlıurfa”nın qapıçısına qırmızı kart göstərməsi və kluba penalti cəzası verməsi ilə əlaqələndirib. Hakim Hüseyn Sabancı isə onu döyməyə çalışan azarkeşin əlindən qaçaraq qurtulmağa çalışıb.

Bunun ardınca isə digər azarkeşlər də meydana daxil olaraq dava salıb. Polis azarkeşləri stadiondan kənarlaşdırmaq istəyərkən futbolçular da öz aralarında münaqişəyə başlayıblar. Buna görə də hakim oyunu yarıda kəsmək qərarına gəlib.
Müzakirələrdən sonra isə qərara alınıb ki, azarkeşlərin bu hərəkətinə görə “Şanlıurfa” komandası 3:0 hesabı ilə məğlub sayılsın.
Sevinc