Hava isti olacaq

hava-isti-olacaq
Oxunma sayı: 637

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da sabah bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

Mayın 8-dən 11-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişikliklər gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nigar Məmmədli