Həbib Puarye ilə döyüşdən nə qədər qazanacaq?

hebib-puarye-ile-doyusden-ne-qeder-qazanacaq
Oxunma sayı: 3723

Rusiyanın qarışıq döyüş sənəti üzrə məşhur idmançısı, MMA çempionu Həbib Nurməhəmmədov növbəti döyüşünü amerikalı Dastin Puaryeyə qarşı keçirəcək.

"Qafqazinfo" xəbər verir ki, rəqiblərin döyüşü sentyabrın 7-də Əbu-Dabidəki UFC turnirində baş tutacaq.

Rusiya mətbuatının yaydığı məlumata görə, Həbib rəqibinə qalib gələcəyi halda 6 milyon dollardan çox qonorar alacaq. Bu barədə idmançının atası Əbdülmanap Nurməhəmmədov açıqlama verib. O, oğlunun qələbəyə görə Makqreqorla döyüşdən fərqli olaraq, 3-3,5 dəfə artıq qonorar alacağını bildirib.

Qeyd edək ki, Həbib indiyədək 27 görüşün hamısını qələbə ilə başa vurub. Onun rəqibi Dastin Puarye isə 25 döyüşün 5-də məğlub olub.