Həbibin atası Konorla revanş üçün şərt qoydu

hebibin-atasi-konorla-revans-ucun-sert-qoydu
Oxunma sayı: 4188

UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanap Nurməhəmmədov irland döyüşçü Konor Makqreqorun revanş istəyinə münasibət bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, rusiyalı idmançının atası bunun üçün şərtlər irəli sürüb:

“Fikrimcə, təşkilat Həbibə Konora verdiyi məbləğdən 3 dəfə az pul verir. İndi biz istəyirik ki, Konora verdiklərindən 5 qat çox bizə qonorar versinlər. Biz Konoru üstün planda məğlub etdik. Həbibin belə bir döyüşə fikri də yoxdur. Makqreqor döyüşmək istəyirsə, İslam Maxaçevlə, Toni Ferqyussonla meydana çıxsın”.