Həbsxana rəisinin ünvanına sərt ittihamlar

hebsxana-reisinin-unvanina-sert-ittihamlar-
Oxunma sayı: 978

Məktunda qeyd olunan ittihamalrara görə, rəisin atası Əlirza Bayramov 1999-2000-ci illərdə 2 kiloqram heroinlə tutularaq cəzasını çəkmək üçün 2 saylı CM-yə gətirilib (təxminən 4 il müddətinə həmin müəssisədə cəza çəkib). Həmin vaxtlar B. Bayramov 7 saylı CM-də əməliyyat müvəkkili kimi xidmətə yeni başlayıb. Burada onun özü də narkotik maddə ilə tutulub, müəssisənin o vaxtkı rəisi mərhum Salman Nəcəfov “yazıqdır, bədbəxt etməyək!”-deyərək məsuliyyətə cəlb edilməsinə təşəbbüs göstərməyərək, yalnız onun digər müəssisəyə (15 saylı CM-yə dəstə rəisi) keçirilməsinə şərait yaradıb. Qeyd olunan hər iki fakt barədə Penitensiar xidmətin (MQİBİ-nin) “xüsusi inspeksiya” (hazırkı “daxili təhqiqat”) şöbəsi tərəfindən müvafiq araşdırmalar aparılıb: “11 saylı CM-nin rəisi Rasim Bayramovun atası Əlirza Bayramov hələ SSRİ dövründə Cəlilabad rayonunda, o vaxtkı “Aqroprom”un müəssisələrinin birində sabiq iqtisadi inkişaf naziri, hazırda 2 saylı CM-də cəza çəkən Fərhad Əliyevin atası ilə bir yerdə işləyib və isti münasibətdə olublar. Məhkum Fərhad Əliyevin PX-nin sabiq və hazırkı rəisləri münasibətlərinin yaradılmasında böyük ehtimalla Rasim Bayramov vasitəçilik edib və onun rəis vəzifəsinə təyin olunmasını da Fərhad Əliyev maliyyələşdirib.
Rasim Bayramov 11 saylı CM-yə təyin olunduqdan sonra müəssisədə komendant qismində fəaliyyəti təmin olunan Alik adlı məhkum müəssisədəki kafelərdə yemekxanaya verilməsi nəzərdə tutulan ərzaq məhsullarının talan olunması ilə yanaşı, həmin kafelərdə parnoqrafik filmlərin göstərilməsini (seans üçün hər məhkumdan 5 manat olmaqla), eləcə də narkotik maddələrin və psixotrop dərmanların satışını təşkil edib. O, özü də daimi istifadə edib. Bu “iş”lər barədə müəyyən məlumatlar “partlayandan” sonra müəssisə rəisinin planına uyğun Alik adlı məhkum cərimə təcridxanasına “ümumi əsas”la təcrid edilən, orada hər cür şərait və qida ilə təmin edilən, onun müəssisədəki fəaliyyətini isə hal-hazırda qeyd olunan işlərdə Alikin yaxın silahdaşı olan (hamamı işlətmiş və orada narkotiklərin satışını təşkil edib) əslən Ağdamlı olan Cavid adlı məhkum davam etdirməkdədir. Bütün bu işlərin təşkilatçılığına müəssisə rəisinə köməklik edən əməkdaş “operçast” Samir Hüseynovdur (17 saylı CM-nin sabiq rəis əvəzi olub və qısa bir vaxtda biabırçı rəis imici qazanıb).

Bu yazıda ittiham olunan tərəflərin də mövqeyini dərc etməyə hazırıq. Onu da qeyd edək ki, redaksiyaya daxil olan məktub qısa ixtisarlarla dərc olunub.