Həftəsonu hava isti olacaq

heftesonu-hava-isti-olacaq
Oxunma sayı: 638

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-19, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah gündüz əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Həftə sonu Respublika ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim sabit hava şəraitinin davam edəcəyi gözlənilir.