Helikopter qəzaya uğrayıb - Ölənlər və yaralananlar var

helikopter-qezaya-ugrayib
Oxunma sayı: 924

ABŞ-da helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” “CBC News”a istinadən  xəbər verir ki, insident Kaliforniya ştatında qeydə alınıb.

Məlumata əsasən, qəzaya uğrayana helikopter evin üzərinə düşüb. Qəza zamanı vertolyotun göyərtəsində 5 nəfər olub. Nəticədə onlardan 3-ü ölüb. Daha 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.