Həmyerlisini bıçaqlayan Tərtər sakini saxlanıldı

hemyerlisini-bicaqlayan-terter-sakini-saxlanildi
Oxunma sayı: 760

Tərtərdə münaqişə bıçaqlanma ilə nəticələnib.
 
“Qafqazinfo” xəbər verir ki, Tərtər şəhəri ərazisində rayon sakini Faiq Həsənov aralarında yaranmış şəxsi münaqişə zəminində həmyerlisi Pərviz Hüseynovu  bıçaqlayıb.

Hadisəni törədən Faiq Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
 
Rəşad Türkoğlu