Həmyerlisini bıçaqlayan tutuldu

hemyerlisini-bicaqlayan-tutuldu
Oxunma sayı: 647

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən erdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Belə ki, paytaxt sakini Elxan Davudov münaqişə zəminində həmyerlisi Ələsgər Əliyevə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsi 21-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Davudov tutulub.