Hər adama 2610,3 manatlıq ÜDM

her-adama-26103-manatliq-udm
Oxunma sayı: 653

2017-ci ilin yanvar-may aylarında ölkədə 25338,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal edilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, eyni zamanda, iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artıb.

Ümumi daxili məhsulun 44,1 faizi sənayedə, 10,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,3 faizi tikintidə, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 14,5 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2610,3 manata bərabər olub.