Hərbçilərin güləş üzrə 33-cü dünya çempionatının bağlanışı oldu - Fotolar

herbcilerin-gules-uzre-33-cu-dunya-cempionatinin-baglanisi-oldu
Oxunma sayı: 898

 Moskvada hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının təntənəli bağlanış mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, mərasimdə Beynəlxalq Hərbi İdman Şurasının (CISM) rəsmi nümayəndəsi Kim Hyun Soo, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin, Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili və digər şəxslər iştirak ediblər.

Bağlanış mərasimində çıxış edən CISM-in rəsmi nümayəndəsi Kim Hyun Soo yarışın əhəmiyyətindən danışıb, idmançılara gələcək yarışlarda uğurlar arzulayıb.

Çempionat bağlı elan edildikdən sonra CISM-in bayrağı gələn il yarışlara ev sahibliyi edəcək Çinin Müdafiə Nazirliyinin nümayəndəsinə təqdim edilib.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

İyirmi iki ölkədən 350-dən artıq nümayəndənin iştirak etdiyi çempionatda Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası 2 qızıl, 3 gümüş və 6 bürünc medal olmaqla 11 medal qazanıb.