Hərbi düşərgədə atışma - 6 ölü

herbi-dusergede-atisma
Oxunma sayı: 1471

Somalidə yerləşən Qordon hərbi düşərgəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən təlim keçmiş yerli əsgərlər oradakı hərbi ləvazimatları yağmalamaq istəyiblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə BƏƏ-nin öz təlimçilərini düşərgədən geri çəkərək oranı Somali rəsmilərinə təhvil verməsindən sonra baş verib.

Komandirlərin düşərgəni tərk etməsini fürsət bilən BƏƏ “nəzarətindəki” əsgərlər orada çaxnaşma yaradıblar. Somali ordusunun əlavə qüvvələri əraziyə cəlb edildikdən sonra atışma baş verib. Yarım saat davam edən atışma nəticəsində BƏƏ-nin təlim keçdiyi əsgərlərdən 6-sı öldürülüb, digərləri sağ ələ keçirilib.

Qeyd edək ki, bir müddət öncə BƏƏ Somaliyə gedən bir təyyarədə 9,6 milyon dollar pul ələ keçirmişdi. Bundan sonra iki ölkə arasında diplomatik gərginlik yaranmış, BƏƏ Somalidə 2014-cü ildən bəri həyata keçirdiyi hərbi təlim layihəsini dayandırmışdı.