Hərbi hissədə cinayət törədən əsgərin şok açıqlaması

herbi-hissede-cinayet-toreden-esgerin-sok-aciqlamasi
Oxunma sayı: 2679


“Qafqazinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, ittihama görə, o, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin döyüş postunda 2012-ci il martın 25-dən etibarən atıcı qumbaraatan köməkçisi vəzifəsində xidmət etdiyi qısa müddət ərzində post başçısı leytenant Elşad Əliyev, manqa komandiri, əsgər Müseyib Hüseynov və əsgər Seymur Əhmədov tərəfindən mütəmadi olaraq döyülüb. 

V.Məmmədov əsgər yoldaşlarının yanında şərəf və ləyaqətinin alçaldılmasından, daimi olaraq ağır fiziki işlərə cəlb olunmasından və sair formada incidilməsindən, ona qarşı törədilən nizamnamədən kənar hərəkətlərdən, xüsusən də sonuncu dəfə 2012-ci il aprelin 16-da əsgər M. Hüseynovun dəsmalın çirkli olmasını irad tutaraq ona 3 təpik zərbəsi vurmasından və gecə saat 02 radələrinədək yatmağa icazə verməyib həmin dəsmalı qaynatdıraraq ağartmasını tələb etməsindən bezib. Bu səbəbdən də V. Məmmədov adları çəkilən zabit və əsgərlərdən qisas almaq qərarına gəlib.

Bu məqsədlə 2012-ci il aprelin 17-də, saat 09 radələrində döyüş növbəsində olarkən xidməti silahı ilə əsgərlər M. Hüseynovu, M. Məlikovu, E. Rəhimovu və P. Nağızadəni güllələyib. Nəticədə M. Hüseynovu və P. Nağızadəni öldürüb, digər əsgərlər E. Rəhimovla M. Məlikova xəsarətlər yetirib.

Məhkəmənin hökmü ilə V. Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.