“Hercai”nin Reyyanı ilin ən uğurlu qadın aktrisası seçildi

hercainin-reyyani-ilin-en-ugurlu-qadin-aktrisasi-secildi
Oxunma sayı: 2222

Türkiyənin ATV kanalında yayımlanan məşhur “Hercai” serialında Reyyan obrazını canlandıran Ebru Şahin ilin ən uğurlu qadın aktrisası seçilib.

“Qafqazinfo” xəbər verir ki, mükafatlandırma mərasiminə xüsusi hazırlaşan 27 yaşlı gözəl diqqətləri öz üzərinə çəkə bilib. Belə ki, sosial şəbəkələrdə aktrisanın şəkilləri paylaşılaraq görünüşü ilə bağlı xeyli müsbət şərh yazılıb.

Aktrisa özü də sözügedən gecədən fotolar paylaşaraq onu bu mükafata layiq görənlərə, serialın əməkdaşlarına və izləyicilərə təşəkkürünü bildirib.