Heydər Əliyev haqda məqalə İtaliya mediasında

heyder-eliyev-haqda-meqale-italiya-mediasinda
Oxunma sayı: 940

Neapol - Bakı Asossasiyasının həmsədri Elnur Camalxanov İtaliya mediasında məqalə ilə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, “La Nostra Gazzetta”da dərc olunan məqalə Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. 

“Müasir Azərbaycanın memarı” başlıqlı yazıda E. Camalxanov bu il Heydər Əlirza oğlu Əliyevin 95 yaşının tamam olduğunu vurğulayıb. Onun həyat və siyasi fəaliyyətinin yer aldığı məqalədə hər il H. Əliyevin doğum gününün Azərbaycanda təmtəraqla qeyd olunduğu bildirilir.

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı”. 

Müəllif  qeyd edib ki, ümummilli liderin uzaqgörən siyasəti və bu siyasi kursun davamlı saxlanması nəticəsində Azərbaycan bölgənin lider dövlətinə çevrildi: “İndi ölkəmizin hər bir vətəndaşı dünyanın hər bir yerində qürürla Ulu Öndərə məxsus məhşur  “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”  kəlamını qürurla deyə bilir. Çünki onlar qüdrətli bir dövlətin vətəndaşlarıdır. O dövlətin ki,  Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi hesab olunur. O dövlətin ki, bu il 100 yaşını qeyd edir”. 

Sözügedən yazıya bu LİNKDƏN baxa bilərsiniz: