Heydər Əliyev prospektində qəza

heyder-eliyev-prospektinde-qeza
Oxunma sayı: 1415


Nizami rayon Polis İdarəsi 23-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Heydər Əliyev prospektində bir neçə minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. 

Baş vermiş yol qəzası nəticəsində hər iki istiqamətində tıxac müşahidə olunur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə həmin istiqamətdə tıxac yarandığı üçün, alternativ istiqamətlərdə hərəkət etmələrini məsləhət görür.