Hindistan bu leyləyin axtarışına çıxıb

hindistan-bu-leyleyin-axtarisina-cixib
Oxunma sayı: 5357

Hindistanda vəhşi təbiət həvəskarları və təbiəti mühafizə təşkilatları dimdiyi plastik halqa ilə bağlanmış leyləyin axtarışına çıxıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Dehlidə iyunun 7-də gölməçələrin birində şəkli çəkilən qara boyunlu leylək hər kəsin diqqət mərkəzinə çevrilib. Nadir növlərdən olan quşun yalnız su içə bildiyi, ancaq halqa üzündən qidalana bilmədiyi deyilir. Leyləyin axtarışı üçün bütün insanlar səfərbər olub.

Onun paytaxt ətrafındakı axtarışları davam etdirilir.