Hindistanda kimya zavodunda partlayış, ölənlər var

hindistanda-kimya-zavodunda-partlayis-olenler-var
Oxunma sayı: 688

Hindistanda zavodda partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Bicnor şəhərindəki kimya zavodunda olub. Polisin məlumatına görə, qaz balonu partlayıb və binada güclü yanğın başlayıb.

Partlayış zamanı 6 nəfər ölüb, 3 nəfər ciddi xəsarət alıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. 

Aysel Kərimova