Hökm sabaha qaldı

hokm-sabaha-qaldi
Oxunma sayı: 647

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesində hökm oxunması gözlənilirdi.

“Qafqazinfo”nun xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesin dünənki iclasında təqsirləndirilən şəxslər son söz deyəndən sonra məhkəmə kollegiyası müşavirəyə çıxıb.

Hakimlər hökmün iyulun 26-ı saat 11-də elan ediləcəyini bildirmişdi. Bu gün məhkəmədən verilən məlumata görə, hökmün elan edilməsi sabaha saxlanılıb. Kollegiya hələ də müşavirədən qayıtmayıb.

Qeyd edək ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək  Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə , "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədova və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, "Azərpoçt" sabiq direktoru Qəmbər Bəybalayevə 10 il cəza verilməsini istəyib.

Həmçinin prokuror digər təqsirləndirilən şəxslər - "Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevə, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova "Aztelekom"MMC-in direktoru Məhəmməd Məmmədov, "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova , “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərovun hər birinə şərti cəza verilməsini istəyib.

Murad Əhməd