Hökumət əleyhinə aksiyada daha 3 nəfər ölüb

hokumet-eleyhine-aksiyada-daha-3-nefer-olub
Oxunma sayı: 640

Venesuelada prezident Nikolas Maduro əleyhinə keçirilən aksiyalar davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat yayıb.

Aksiya zamanı daha 3 nəfər öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilib. Bununlada aksiyalar zamanı ölənlərin sayı 24-ə çatıb.

Daha əvvəl paytaxtı Karakasda polisin nümayişçilərə atəş açdığı və bir neçə nəfərin yaralandığı qeyd edilmişdi.

Qeyd edək ki, iğtişaşlara səbəb Venesuela prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin arasında yaranan gərginlik olub. Belə ki, martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər.