Hollandiyalı futbol mütəxəssisi Azərbaycana gəlir

hollandiyali-futbol-mutexessisi-azerbaycana-gelir
Oxunma sayı: 876


“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Vida məqsədilə təşkil olunmuş xüsusi mərasimdə klubun baş meneceri Erik Qad bildirib ki, hollandiyalı mütəxəssis səkkiz mövsüm "Feyenoord"a xidmət etdikdən sonra karyerasını Qafqaz ölkəsində davam etdirəcək. Yolasalma mərasimi barədə "Feyenoord"un internet səhifəsində xəbər yerləşdirilib. Məlumatda Qad Brardın akademiyadakı işini yüksək qiymətləndirərək deyir: "Səkkiz il bundan əvvəl Stenli direktor vəzifəsinə yeni təyin olunanda akademiyanın gələcəyi barədə müəyyən şübhələr var idisə, hazırda diqqət yetirsəniz, aşağı yaş qruplarının hansı səviyyədə olduğunu görərsiniz. Bu gün "Feyenoord"da tam cədvəllə təhsil verilir və bu, Niderland futbolunda görünməmiş haldır. Onun futbolun inkişafına dair özünəməxsus baxışları var. O, məşqçilərdən ibarət mütəxəssis komandası yetişdirib. 

Yekunda son illər onunla birgə çalışmış əməkdaşlar Brardla xatirə şəkilləri çəkdirib və mütəxəssisə gül dəstələri təqdim ediblər. “Qəbələ” Futbol Akademiyasının yeni direktoru səmimiyyətə görə təşəkkürünü bildirərək kollektivdən ayrılıb.