Hollivud aktyoru Rusiya vətəndaşlığı almaq istəyir

Hollivud aktyoru Rusiya vətəndaşlığı almaq istəyir
Oxunma sayı: 689

Hollivud aktyoru Erik Roberts Rusiya Federasiyası vətəndaşlığı almaq istəyir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, Soçidə keçirilən “Platforma S-70” hərbi sambo üzrə beynəlxalq turnir zamanı danışıb.

Həmin tədbirdə fəxri qonaq qismində iştirak edən taekvondo üzrə qara kəmər sahibi Roberts bunları deyib:

"Mən ikinci vətəndaşlığımı almaq istəyirəm və bu, Rusiya vətəndaşlığı olacaq! Rusiya vətəndaşlığı alacağım günü səbirsizliklə gözləyirəm”. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi