Hollivud ulduzundan şok açıqlama

hollivud-ulduzundan-sok-aciqlama
Oxunma sayı: 2060

Hollivud ulduzu Sally Field  ögey atası tərəfindən zorlanıb. “Qafqazinfo” xəbər verir ki, bunu “New York Times” qəzetinə müsahibəsində aktrisanın özü deyib. 

Field  17 yaşında “Jocko” ləqəbli atasından hamilə qaldığını, lakin abort edərək körpəsini tələf etdiyini qeyd edib. 

Aktrisa söyləyib ki, mövzu barədə bu günə kimi səssiz qalıb və həyatını “İn Memories” kitabında əks etdirib. 

“Özümü çarəsiz bir uşaq kimi hiss edirdim. Başıma gələnlər məni gücləndirdi. Amma mən uşaq olmaq, uşaq kimi özümü hiss etmək istəyirdim”- deyə Field bildirib.