Hollivudda daha bir təcavüz qalmaqalı

hollivudda-daha-bir-tecavuz-qalmaqali
Oxunma sayı: 2015

Məşhur amerikalı aktyor-rejissor Ben Afflekin aktrisa Hillari Bertona seksual xarakterli hərəkətlər etdiyi məlum olub. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı aktyor Hollivud ulduzlarının kinorejissor Harvey Weinsteinə qarşı başladıqları kampaniyaya qoşulub. 

O, vaxtı ilə Harveyin aktrisalara qarşı atdığı addımları birmənalı olaraq qınayıb. 

Afllek 14 il əvvəl TRL-dəki şouda Beronaya qarşı uyğunsuz davranışlar edib. O, 35 yaşlı aktrisaya seksual xarakterli hərəkətlər etdiyi üçün üzr istəyib. Qarşı tərəf isə Benin üzrxahlığına münasibət bildirmək istəməyib. 

Qeyd edək ki, Hollivudun bir çox məşhur aktrisaları H. Weinstein haqqında müsahibələr verir, rejissorun əməlləri tənqid olunur.  Kino ulduzları vaxti ilə Harveyin onlara təcavüz etdiyini bildirirlər. Etiraz edənlər sırasında Ancleina Coli, Gwyneth Paltrow  kimi tanınmışlar var.